← Bloq

Shuppudunun hekayəsi 🐾

14 sentyabr 2026

1 / 3

Şəkildə gördüyünüz Shuppududur. 🐱 O, 04.12.2017-ci ildə dünyaya gəlib və Scottish Fold cinsindəndir. Çox ağıllı, mehriban və əyləncəli bir pişikdir. Shuppudu bizim üçün sadəcə bir ev heyvanı deyil, ShuppuduTV hekayəsinin əsas qəhrəmanıdır. ❤️

Shuppudunun YouTube və Instagram kanalları var. YouTube kanalında uşaqlar üçün inkişafetdirici və öyrədici videolar, Instagram səhifəsində isə uşaqların inkişafını dəstəkləyən məhsullar, onların istifadəsi, müştəri rəyləri və digər faydalı məlumatlar paylaşılır. ShuppuduTV.com saytında isə bu məhsulları əldə edə bilərsiniz.

Bu hekayənin bizim üçün ən gözəl tərəfi isə budur: saytdan əldə olunan gəlirlə Shuppudu və çöldə yaşayan pişik dostları üçün qida alınır. 🐾

Əsas məqsədimiz uşaqların inkişafına dəstək olmaq, onlarda bütün canlılara qarşı sevgi və mərhəmət hissi yaratmaq, eyni zamanda heyvanların daha yaxşı yaşamasına kiçik də olsa töhfə verməkdir.

ShuppuduTV — uşaqlar üçün inkişaf, heyvanlar üçün sevgi. ❤️🐾

Bəyəndinizsə məhsullarımıza da baxın --- hər biri sifariş əsasında hazırlanır.

Shuppudunun hekayəsi 🐾 | ShuppuduTV