Məxfilik Siyasəti

Bu səhifə ShuppuduTV-nin hansı məlumatları topladığını, nə üçün işlətdiyini və necə qoruduğunu izah edir. Sadə dildə yazmağa çalışmışıq.

Hansı məlumatları toplayırıq

Hesab açanda: ad, soyad, e-poçt ünvanı. Google ilə girsəniz, Google bizə yalnız adınızı və e-poçtunuzu verir.

Sifariş verəndə: əlaqə nömrəsi, çatdırılma yeri (metro stansiyası və ya ünvan), varsa satıcıya qeydiniz.

Öz istəyinizlə: doğum tarixi (doğum günü endirimləri üçün) və saxladığınız çatdırılma ünvanları.

Tam siyahı: ad, soyad, e-poçt, telefon nömrəsi, doğum tarixi, çatdırılma ünvanları, sifariş tarixçəsi, mehrpul balansı, yazdığınız rəy və suallar, bizə göndərdiyiniz mesajlar. Bundan başqa müştəri haqqında məlumat saxlamırıq.

Nəyi toplamırıq

Kart və ödəniş məlumatı toplamırıq. Saytda onlayn ödəniş yoxdur --- ödəniş yerində, kuryerə edilir. Ona görə kart nömrəsi heç vaxt bizim sistemə düşmür.

Şifrənizi biz görmürük. Şifrə birbaşa Supabase Auth xidmətində, geri çevrilə bilməyən formada saxlanılır --- nə biz, nə də bazaya baxan kimsə onu oxuya bilmir.

Bu məlumatları nə üçün işlədirik

Yalnız sifarişinizi yerinə yetirmək, sizinlə əlaqə saxlamaq və hesabınızı idarə etmək üçün. Reklam məqsədilə üçüncü tərəflərə satmırıq və ötürmürük. Saytın hansı səhifələrinin çox baxıldığını ölçmək üçün ziyarət sayğacı işlədirik --- o, sizin kim olduğunuzu bilmir və aşağıda ayrıca izah olunur.

E-poçtunuza yalnız iş məktubları göndəririk: təsdiq kodu, şifrə bərpası, sifariş təsdiqi.

Bildirişlər

Qeydiyyatdan keçəndə kampaniya və endirim bildirişləri avtomatik olaraq açıq gəlir. Bunu istənilən vaxt Kabinetinizdən söndürə və yenidən aça bilərsiniz --- heç bir izah tələb olunmur.

Sifarişinizin gedişi, qaimə və şifrə ilə bağlı məktublar bu açardan asılı deyil --- onlar həmişə göndərilir, çünki xidmətin özünün bir hissəsidir.

Brauzerinizdə nə saxlanılır

Səbətiniz: hesaba girməmisinizsə səbət brauzerinizdə 1 gün saxlanılır, sonra özü silinir. Hesaba girmisinizsə səbət hesabınızda qalır.

Səbətdəki seçimləriniz (metro stansiyası, hədiyyə paketi, qeyd) da 1 gün saxlanılır --- giriş edib qayıdanda hər şey yerində qalsın deyə.

Ünvanın mətni brauzerdə saxlanmır --- yalnız onun daxili nömrəsi. Ünvanın özünü yalnız hesabınıza girmiş halda görmək olur. Səbəb: ortaq kompüterdə (internet klub, iş yeri) sonrakı istifadəçi ünvanınızı görməsin.

Hədiyyə göndərdiyiniz şəxsin adı və ünvanı brauzerdə ümumiyyətlə saxlanmır --- bu, üçüncü şəxsin məlumatıdır.

Ziyarət statistikası (Google Analytics)

Saytda Google Analytics adlı sayğac işləyir. O, bizə hansı səhifələrin çox baxıldığını, ziyarətçilərin telefondan, yoxsa kompüterdən girdiyini və sayta hansı yolla gəldiyini göstərir. Məqsəd birdir: saytı daha rahat etmək.

Adınız, e-poçtunuz və hesab məlumatınız Google-a GÖNDƏRİLMİR. Sayğac sizin kim olduğunuzu bilmir --- yalnız «bir ziyarətçi bu səhifələrə baxdı» məlumatını yığır. Sifariş, ünvan və telefon məlumatları bu sayğaca heç vaxt düşmür.

Google topladığı məlumatdan təxmini yer (ölkə və şəhər səviyyəsində --- dəqiq ünvan yox), cihaz növü və brauzer məlumatını görür. Bunun üçün brauzerinizdə kiçik fayllar (kuki) saxlanılır.

İstəməsəniz söndürə bilərsiniz: brauzerinizin məxfilik ayarlarından üçüncü tərəf kukilərini bağlaya, yaxud Google-un öz imtina alətini quraşdıra bilərsiniz. Sayğac sönülü olsa da sayt tam işləyir --- heç bir məhdudiyyət yaranmır.

Məlumat nə qədər saxlanılır

Hesabınız və sifariş tarixçəniz hesabınız olduğu müddətdə saxlanılır. Sifarişlər mühasibat və audit üçün silinmir --- statusu dəyişə bilər, amma qeydin özü qalır.

Əlaqə formasından yazdığınız mesajlar cavablandırıldıqdan sonra da arxivdə qalır ki, sonrakı müraciətinizdə söhbətin əvvəlini görək.

Məlumatı kim görür

Yalnız ShuppuduTV administratoru. Bazada hər müştəri yalnız öz sətirlərini görə bilir --- bu, bazanın öz səviyyəsində qurulub, sayt kodundan asılı deyil. Yəni saytda hansısa səhv olsa belə, bir müştəri başqasının məlumatını çəkə bilmir.

Texniki xidmətlər: Supabase (baza və hesablar), Vercel (saytın özü), Resend (e-poçt göndərişi). Onlar məlumatı yalnız bizim adımıza emal edir.

Google yalnız ziyarət statistikasını görür --- hesab və sifariş məlumatlarını yox. Təfərrüat yuxarıdakı «Ziyarət statistikası» bəndindədir.

Hüquqlarınız

Məlumatlarınızı Kabinetdə özünüz görə və dəyişə bilərsiniz: ad, soyad, telefon, ünvanlar.

Hesabınızı kabinetinizdəki «Hesabı sil» düyməsi ilə özünüz silə bilərsiniz — adınız, telefonunuz, ünvanlarınız, sevimliləriniz, mehrpul balansınız və sədaqət kartınız silinir. Qaimələr və sifariş qeydləri mühasibat sənədi olduğuna görə qalır, rəyləriniz isə «Silinmiş istifadəçi» adı ilə saxlanılır. Başqa sualınız olsa info@shuppudutv.com ünvanına yazın.

Uşaqlar

Saytımız uşaqlar üçün məhsul satsa da, hesabı böyüklər açır. 18 yaşınadək şəxslərdən qəsdən məlumat toplamırıq.

Əlaqə

Məxfiliklə bağlı sualınız varsa: info@shuppudutv.com · +994 99 717 37 47 · Əlaqə səhifəsi